Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Çay evində başlayan mübahisə qətllə nəticələndi - FOTO

Çay evində başlayan mübahisə qətllə nəticələndi - FOTO


16-02-2022, 11:05. Yazar: Xeberaz

Çay evində başlayan mübahisə qətllə nəticələndi - FOTO



Göygöldə qətl hadisəsi baş verib.
Bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Hacıkənd Göygöl yolunun üzərində yerləşən çay evində baş verib. 2002-ci il təvəllüdlü Məmmədov Cavidan Siyavuş oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq, 20 yaşlı oğlan ölüb.
İlkin məlumata görə, C.Məmmədov tanışı tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.












Geri dön