Ana Sayfa > Karusel / Maraqlı > Qulaqdakı bu əlamət xərçəngə işarədir

Qulaqdakı bu əlamət xərçəngə işarədir


16-02-2022, 10:59. Yazar: Xeberaz





Praqadakı Proton Tibb Mərkəzinin həkimi Yirji Kubeş bildirib ki, boyundakı bədxassəli şişlər bəzən çox qeyri-adi, qeyri-spesifik əlamətlərlə, o cümlədən qulaqların tutulması ilə aşkar edilə bilər.
Mütəxəssisin izah edib ki, boyundakı xərçəng qan və limfa sistemi ilə yayıldığı üçün bədənin hər hansı bir hissəsində fəsadlar yarada bilər. Onun sözlərinə görə, xərçəngin bu növünə əsasən papilloma virusu səbəb olur.
"Qulaq tıxanıqlığı ilə yanaşı, xərçəngi boyundakı şişkinlik, diş əti ağrıları, ağızda xoralar və ləkələr də büruzə verə bilər. Bunlar xərçəngin qeyri-spesifik simptomlarıdır. Buna görə də insanlar çox vaxt onlara fikir vermirlər”, - deyə həkim qeyd edib.
O vurğulayıb ki, xərçəng mümkün qədər tez aşkar edilməlidir. Məhz bu halda sağalma şansı daha yüksəkdir.

Geri dön