Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - RƏSMİ

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - RƏSMİ


15-02-2022, 12:25. Yazar: Xeberaz

Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən saxlanılıb: "Hazırda müvafiq araşdırmalar aparılır".
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

Geri dön