Ana Sayfa > Karusel / Hadisə > Bakıda taksi sürücüsü 3 məktəbli qıza seksual hərəkətlər etdi - Polis işə qarışdı

Bakıda taksi sürücüsü 3 məktəbli qıza seksual hərəkətlər etdi - Polis işə qarışdı


12-02-2022, 12:38. Yazar: Xeberaz
Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb.
Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar.
Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.
Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb.
İstintaq davam etdirilir.

Geri dön