Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > Vüsalə Əlizadə: “İçimdə ona qarşı nifrət var idi, sonra sevməyə başladım”

Vüsalə Əlizadə: “İçimdə ona qarşı nifrət var idi, sonra sevməyə başladım”


10-02-2022, 12:45. Yazar: Xeberaz


“Mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi”.
Bu sözləri aparıcı Vüsalə Əlizadə ATV-də yayımlanan “7 canlı” verilişində mərhum Xalq artisti Muxtar Maniyev haqqında deyib.
Vüsalə qeyd edib ki, Maniyev oynadığı rolları peşəkarcasına canlandırıb:
“Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki... Mən illər sonra universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi”.
Geri dön