Ana Sayfa > Karusel / Maraqlı > Günorta tez-tez əsnəyirsinizsə, sizdə BU XƏSTƏLİKLƏR ola bilər

Günorta tez-tez əsnəyirsinizsə, sizdə BU XƏSTƏLİKLƏR ola bilər


10-02-2022, 12:19. Yazar: Xeberaz


Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxa bilər.
Bu haqda tanınmış rusiyalı həkim-nevroloq Olqa Qolubinskaya məlumat verib.
Həkim bildirib ki, günorta vaxtı tez-tez əsnəmə insanda psixiki pozalmalar (nevroz, depressiya və s.) və ürək çatışmazlığına işarə edə bilər.  
Həkim bildirib ki, bu zaman digər simptomlara da fikir vermək lazımdır:
- yaddaşın zəifləməsi
- diqqətin pozulması
- baş ağrıları
- səbəbsiz zəiflik, halsızlıq
- əhvalın tez-tez dəyişilməsi və s.
Əsnəmə bu simptomlarla da müşayiət olunursa vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Həmçinin tez-tez əsnəmək qanda hemoqlobinin azalması, şəkərli diabet, qalxanvari vəzinin fəaliyyətində pozulmalar, dağılmış skleroz kimi xəstəliklərə də işarə edə bilər. 



Geri dön