Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Uşaqların satdığı salfetin içinə narkotik qoyulur?

Uşaqların satdığı salfetin içinə narkotik qoyulur?


9-02-2022, 13:32. Yazar: Xeberaz

Bakıda küçələrdə salfet satan uşaqlarla bağlı ilginc iddia yayılıb.
Bəzi vətəndaşlar salfet paketlərinin içərisinə narkotik qoyaraq uşaqlara satdırıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialara görə, uşaqlardan salfet alan bir şəxsi qısa müddət sonra Çevik Polis Alayının əməkdaşları saxlayıb və paketi açdıqda içərisindən sintetik narkotik çıxıb. Məlumata görə, Tbilisi prospektində baş verən hadisə zamanı polislər onun narkotik alveri ilə məşğul olduğunu bildiriblər və vətəndaşa 1500 manat cərimə yazılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:
"Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq".

Geri dön