Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda güclü PARTLAYIŞ: Bir ailənin 3 üzvü xəsarət aldı

Azərbaycanda güclü PARTLAYIŞ: Bir ailənin 3 üzvü xəsarət aldı


7-02-2022, 10:40. Yazar: Xeberaz

Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.
Hadisə Qarabağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Geri dön