Ana Sayfa > Karusel / Səhiyyə > Süd ürək xəstəliklərindən qoruyur

Süd ürək xəstəliklərindən qoruyur


20-08-2015, 13:28. Yazar: Sahane
Süd ürək xəstəliklərindən qoruyur
Südün dişlərə, ürək xəstəliklərinə faydalı olduğunu bilirsiniz? Süd enerji verərək, kökəlməyin belə qarşısını alır.
Xəbəraz.az ağartının faydalarını araşdırdı:

Sağlıqlı həyat üçün əsas şərtdir süd içmək. Bir çox xəstəliklərə qarşı immunitet yaradır. Xüsusilə də yeniyetmə uşaqlar üçün südün əvəzsiz xeyirləri vardır. Bununla yanaşı ürək xəstəliklərinə qarşı qoruyucudur. Tərkibində kalsium, fosfor olduğu üçün orqanizmə faydalıdır.Gündə 2 stəkan süd içmək yüksək təzyiqi olanlara da müsbət təsir edir. Hər gün içilən süd dişləri qoruyaraq, onların çürüməsinin qarşısını alır.
Xüsusilə hamilə qadınlar südə diqqət yetirməlidirlər. Bədən zəiflədiyi üçün itirilən mineralları südlə təmin etmək mümkündür.

Müəllif: Quliyeva Şəhanə
Geri dön