Ana Sayfa > Karusel / Hadisə / Səhiyyə > Ağcabədi rayonunda faciə: Yeni doğulan əkizlər öldü

Ağcabədi rayonunda faciə: Yeni doğulan əkizlər öldü


20-08-2015, 13:17. Yazar: Xeberaz
Ağcabədi rayonunda  faciə: Yeni doğulan əkizlər öldü
Faktla bağlı araşdırmalara başlanılıb.

doğuş faciəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, dünən səhər saatlarında Zərdab rayonunun Lələağacı kənd sakini olan 1993-cü il təvəllüdlü Əliyeva Rufanə Fəxri qızı Ağcabədi rayonunun Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə doğuş keçirib.

Əməliyyatdan sonra qadının dünyaya gətirdiyi əkiz oğlan uşağı ölüb.

Qeyd edək ki, 22 yaşlı qadın vaxtında doğuş həyata keçirib.

Həkimlər doğuşun qeysəriyyə əməliyyatı ilə baş tutmasını məsləhət biliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.
Geri dön