Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Qadın botoks etdirdikdən sonra öldü - FOTO

Qadın botoks etdirdikdən sonra öldü - FOTO


2-02-2022, 10:00. Yazar: Xeberaz

Qadın botoks etdirdikdən sonra ölüb.
İstanbulda botoks etdirən qadın dünyasını dəyişib.
Kübra Boyraz Solmazgülün ölümü ilə bağlı Ədliyyə Tibb Təşkilatının hesabatı məhkəməyə təqdim edilib.
Məlumata görə, Boyraz orqan çatışmazlığından dünyasını dəyişib.
Qadın yarılandan sonra aparılan patoloji müayinədə qan və toxumada yüksək miqdarda silikon aşkar edilib.
Həkimlər bildirilib ki, silikon tərkibli doldurucuların orqanizmə yeridilməsi ümumi qəbul olunmuş tibb prinsip və qaydalarına zidd olduğundan, silikonun tətbiqi tibb qaydalarına uyğun deyil.
Kübra Boyraz Solmazgülün həkim Ömer Elmalı ilə görüşdüyü, lakin omba dolğusu əməliyyatının isə həkimin köməkçisinə məxsus olduğu məlum olub.

Məqaləyə dair fotomateriallar:






Geri dön