Ana Sayfa > Karusel / Hadisə > Bankda gördüyü qızı səhər saat 6-da zorla maşına mindirib apardı – TƏFƏRRÜAT
Bankda gördüyü qızı səhər saat 6-da zorla maşına mindirib apardı – TƏFƏRRÜAT1-02-2022, 12:22. Yazar: Xeberaz |
Məhkəmədə məlum olub ki, Asim bir müddət əvvəl Tərtər şəhərindəki bankda olarkən uzaq qohumunu və onun yanındakı 20 yaşlı qızını görüb. O, həmin qızla evlənmək qərarına gəlib və evə qayıdan kimi anasına bu barədə deyib. Valideynləri bir neçə dəfə qızgilin evinə elçiliyə getsə də, qız və ailəsi bu izdivaca qarşı çıxıb. Bundan sonra Asim qızı oğurlamaq qərarına gəlib. Bu məqsədlə o, əmisi oğlu və dostu Şahlarla birgə plan qurub. Plana əsasən onlar Şahlara məxsus "Moskviç” markalı avtomobillə qızgilin yaşadığı kəndə gediblər. Səhər saat 6 radələrində qızın qoyunları tövlədən çıxardığını bilən Asim buna uyğun olaraq planını həyata keçirib. Aysel (şərti adlı) qoyunları tövlədən çıxaran kimi maşın ona yaxınlaşıb və kənddən bir nəfərin evinin yerini soruşub. Bu zaman onlar hücum çəkərək qızı zorla avtomobilə mindirib aparıblar. Asim sevdiyi qızı Bərdə rayonuna bacısının evinə aparıb. Lakin qızın kəskin etirazlarını gördükdən sonra o, Ayseli atası evinə qaytarmağa razı olub. Hadisədən sonra saxlanılan hər 3 şəxs istintaq müddətində polisin nəzarətində olmaqla azadlığa buraxılıblar. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda isə onların üçünün də həbs edilməsinə qərar verilib. Asim Bəndalıyev 4, digər 2 nəfər isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər və onlar məhkəmə zalındaca həbs ediliblər. Geri dön |