Ana Sayfa > Karusel / Şou-Biznes > Hadisə üzük qalmaqalından sonra nişanlısını "sildi"

Hadisə üzük qalmaqalından sonra nişanlısını "sildi"


1-02-2022, 11:50. Yazar: Xeberaz

Hadisə üzük qalmaqalından sonra nişanlısını "sildi"




Türkiyəli müğənni Hadisə nişanlısı Mehmet Dinçerleri İnstaqramda izləmədən çıxarıb.
Hazırda yalnız öz brendinə məxsus səhifəni izləyən sənətçinin bu addımı ayrılıq iddialarının yaranmasına səbəb olub.
Yayılan məlumatlara görə, Dinçerler ailəsinə məxsus şirkətin vəkili Hicran A.Şenoğlunun bir neçə gün əvvəl səsləndirdiyi "Mehmet Hadisəyə 40 min dollarlıq üzük alacağına borcunu ödəsin. Müvəkkilimin evi satıldı. Belə bir vaxtda 1 milyon lirəlik toy etdilər. Bir ay ərzində kassadan 3,5-4 milyon lirəlik azalma var" fikirlərdən sonra cütlüyün arasında mübahisə yaşanıb.
Qeyd edək ki, daha əvvəl sözügedən üzüyün 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu bildirilimişdi. Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir. Cütlük aprelin 27-də nikah masasına əyləşməyi planlaşdırırdı.







Geri dön