Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər


1-02-2022, 11:05. Yazar: Xeberaz

Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.
"Lənkəran-Bazar" ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur.
Araşdırmalar zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir.
Qeyd edək ki, "Lənkəran-Bazar" ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.

Geri dön