Ana Sayfa > Karusel / Hadisə > Bakıda DƏHŞƏT: 4 yaşlı qızın meyiti tapıldı

Bakıda DƏHŞƏT: 4 yaşlı qızın meyiti tapıldı


31-01-2022, 16:42. Yazar: Xeberaz

Bakıda DƏHŞƏT: 4 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB



Bakıda 4 yaşlı uşağın meyiti dərinliyi 10 metr olan quyudan tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri dön