Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Quba yolunda dəhşətli qəza: “Mercedes” yandı - VİDEO

Quba yolunda dəhşətli qəza: “Mercedes” yandı - VİDEO


20-08-2015, 00:38. Yazar: Xeberaz
Quba yolunda dəhşətli qəza: “Mercedes” yandı - VİDEO
Hadisə yerinə yanğınsöndürnlər cəlb edilsə də, avtomobil tam olaraq yanıb.

Axşam saatlarında Xaçmaz-Quba yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az
Report-a istinadən xəbər verir ki, hadisə zamanı “10 XR 161” dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobili ilə "40 PL 662" dövlət qeydiyyat nişanlı “Mercedes” toqquşub.

Qəzadan dərhal sonra “Mercedes” yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunsa da, avtomobil tam olaraq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar olub və onlar xəstəxanaya aparılıb.

Geri dön