Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda məşhur gecə klubundakı davanın detalları açıqlandı

Bakıda məşhur gecə klubundakı davanın detalları açıqlandı


29-01-2022, 11:53. Yazar: Xeberaz

Gecə klubundakı davanın detalları açıqlandı




Paytaxtın Nizami rayonunda "X-Life" gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi dava baş verməsi barədə məlumat yayılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, insident ölkəyə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib.

Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədiklərini bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar.
Qeyd edək ki, ilkin məlumata görə, klubdakı insident obyektin gecə 12-dən sonra fəaliyyət göstərməsi ilə bağlı başlanmışdı. 










Geri dön