Ana Sayfa > Karusel / Şou-Biznes > Azərbaycanlı aparıcı Sezen Aksuya belə dəstək oldu

Azərbaycanlı aparıcı Sezen Aksuya belə dəstək oldu


29-01-2022, 11:29. Yazar: Xeberaz

Türkiyəli müğənni Sezen Aksunun "Şahane bir şey yaşamaq" adlı mahnısındakı "Salam söyləyin o cahil Həvva ilə Adəmə" ifadəsi insanlar arasında böyük narazılığa səbəb olub.
Aparıcı Vüsalə Əlizadə "7 canlı" proqramında Sezen Aksuya dəstək olub.
"Xalq artisti Brilliant Dadaşovanın fikri ürəyimcə oldu. Din olmayanda insanlar özlərini dərk etməyib. Nəfsinin qurbanı olub. Hazırda insanlar nəfsinin qurbanı ola-ola gedir. Sənətkar da bunu canlandırmaq istəyib" deyə, Vüsalə bildirib.
Qeyd edək ki, B.Dadaşova məsələ ilə bağlı "Bütün dinlərdə Adəm və Həvva haqqında yazılar var. Həm də Adəm və Həvvanın yaşadığı dövrdə yer üzündə heç bir din olmayıb. Bəlkə buna görə onları cahil adlandırıb? Bəlkə də cənnətdən qovulduğuna görə? Bəlkə, Həvva nəfsinə hakim ola bilməyib, Allahın əmrindən çıxıb almanı dərib yediyinə görə? Sən demə, 21-ci əsrdə belə şeyləri dərk etməyənlər var" şərhini yazmışdı.

Geri dön