Ana Sayfa > Karusel / Gündəm / Hadisə > DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib

DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib


29-01-2022, 11:16. Yazar: Xeberaz

DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib



Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokolun göndərilməsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan cavab olaraq bildirilib ki, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.
Qeyd edilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə nəqliyyat vasitəsinin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik olaraq onun adına tərtib edillib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".


Geri dön