Ana Sayfa > Karusel / Dünya / M2 > “Azadlıq Heykəli”ndə yalandan bomba qoyulması xəbəri verən şəxs tutuldu

“Azadlıq Heykəli”ndə yalandan bomba qoyulması xəbəri verən şəxs tutuldu


19-08-2015, 22:36. Yazar: Xeberaz
“Azadlıq Heykəli”ndə yalandan bomba qoyulması xəbəri verən şəxs tutuldu
O, qəsdən yalan məlumat yaymaqda ittiham edilir.

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları aprel ayında Nyu-Yorkda Azadlıq Heykəlinə bomba qoyulması haqda yalan məlumat verən Texas sakinini həbs edib.

Xeberaz.az Oxu.Az-a istinadən xəbər verir ki, aprelin 24-də polisə ölkənin ən məşhur simvollarından birinin partladılacağı barədə anonim zəng daxil olub.

Zəngdən dərhal sonra Azadlıq Heykəlini görməyə gələn 3,2 min turist təxliyyə edilib.

Nyu-Yorkun Manxetten rayonunun prokuroru Prit Bxararanın sözlərinə görə, anonim zəngi 42 yaşlı Texas sakini Ceyson Pol Smit edib.

Hal-hazırda o, qəsdən yalan məlumat yaymaq maddəsi ilə istintaqa cəlb edilib. Sabah Ceysonun ilk məhkəməsi keçiriləcək.
Geri dön