Ana Sayfa > Karusel / Gündəm / M2 > Binəqədi və Nərimanov rayonlarınd qaz olmayacaq

Binəqədi və Nərimanov rayonlarınd qaz olmayacaq


19-08-2015, 21:51. Yazar: Xeberaz
Binəqədi və Nərimanov rayonlarınd qaz olmayacaq

Sabah Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


Xeberaz.az
xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, diametri 159 və 108 mm-lik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar 20 avqust tarixdə saat 10.00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 7-8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, M.Sənani, X.Şuşinski, S.Rəhmanov, Ç. Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Geri dön