Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Biabırçı görüntüləri yayılan şagirdlərdən biri ilə bağlı ŞOK MƏLUMAT
Biabırçı görüntüləri yayılan şagirdlərdən biri ilə bağlı ŞOK MƏLUMAT27-01-2022, 11:56. Yazar: Xeberaz |
Bakıda qalmaqallı görüntüləri yayılan 165 nömrəli tam orta məktəbin şagirdlərindən biri ilə bağlı yeni fakt ortaya çıxıb. Məlumata görə, şagirdlərdən biri ilə bağlı buna qədər polisə müraciət olunub. İddialara görə, şagird bir müddət əvvəl digər məktəbliyə bıçaqla xəsarət yetirib. Məsələ ilə bağlı açıqlama verən 165 nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədov şagirdlə bağlı polisə müraciət olunma faktını təsdiqləsə də, onun digər şagirdi bıçaqlamasını təkzib edib. Məlumat üçün bildirək ki, ədəbsiz davranışların müəllifi olan və müəllimlərinə qarşı qarşı hörmətsizlik edən hər üç 9-cu sinif şagirdi polis tərəfindən 3 illik profilaktik uçota götürülüb. Bundan əlavə müəllimə etik davranış qaydalarını pozduğuna görə töhmət verilib. Həmçinin təşkilatçı müavin və direktor müavini haqqında da xüsusi təqdimat yazılıb. Geri dön |