Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Məhkəmədən Mətanət İsgəndərliyə BÖYÜK ŞOK: Gəlini CANANA... - VİDEO

Məhkəmədən Mətanət İsgəndərliyə BÖYÜK ŞOK: Gəlini CANANA... - VİDEO


25-01-2022, 16:24. Yazar: Xeberaz




Bu gün Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana apellyasiya məhkəməsində qalib gəlib. 
Canana 3 övladının qəyyumluğunu aldığını bildirib. 
O, bu barədə instaqramda video paylaşıb və bu işdə ona dəstək olan media nümayəndələrinə təşəkkür edib. 
"Qələbə sizin dualarınız sayəsində. Balalarımı mənə qaytardırlar. Həm də vəkilimin köməyi ilə, ona da çox minnətdaram. Ədalətli qərar öz yolunu tapdı. Analara da məsləhət görürəm ki, övladlarınızın qəyyumluğu ilə bağlı probleminiz varsa, axıra kimi mübarizə aparın, haqq-ədalət öz yerini tapır", - deyə o, söyləyib.
Qeyd edək ki, Kərim və Canana çox qalmaqallı şəkildə boşanıb. Üç uşaq anadan alınaraq ataya verildiyi üçün Canana daim mediada bununla bağlı video və paylaşımlar edirdi. 



Geri dön