Ana Sayfa > Karusel / Hadisə / Təhsil / Xəbəraz TV > Məktəbdən qeyri-etik video yayıldı: Hələ, əlimizdə olanları paylaşsaq... - VİDEO

Məktəbdən qeyri-etik video yayıldı: Hələ, əlimizdə olanları paylaşsaq... - VİDEO


25-01-2022, 12:10. Yazar: Xeberaz


Məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb. 
Videonu təhsil eksperti Kamran Əsədov paylaşıb. 
"Hə, necəsiniz cənablar? İstədiyinizə nail oldunuzmu? Hələ bu, görünən "hissə"lərdir. Hələ, əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq. Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib?
Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim... Sabah çox gec olacaq", - təhsil eksperti videonu bu sözlərlə şərh edib. 
Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.
Həmin videonu təqdim edirik.




Geri dön