Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Arnold Şvartsnegger ağır yol qəzasına düşdü - FOTO

Arnold Şvartsnegger ağır yol qəzasına düşdü - FOTO


22-01-2022, 11:21. Yazar: Xeberaz

Arnold Şvartsnegger ağır yol qəzasına düşdü - FOTO



Hollivud ulduzu Arnold Şvartsnegger ağır yol qəzası keçirib. 
Onun idarə etdiyi "Yukon SUV" markalı avtomobil qarşıdan gələn "Prius" ilə toqquşub. Hər iki avtomobil yandakı "Porsche Cayenne"i də zədələyib. 
Qəza şahidlərinin sözlərinə görə, baş verən dəhşətli hadisə filmlərdəkindən heç də fərqlənmirdi. Toqquşma o qədər güclü olub ki, "Yukon SUV" "Prius"un üzərinə çıxıb. 
Verilən son məlumatlara əsasən, Şvartsnegger yaralanmayıb. "Prius"u idarə edən qadın isə ağır yaralanıb. Şahidlərin sözlərinə görə, onun başından qan axırmış.
Hazırda Şvartsneggerin qəza yerində olduğu bildirilir. O, həmin an baş verənləri hələ də dərk etmədiyini deyib.












Geri dön