Ana Sayfa > Karusel / Maraqlı > Tez-tez boyunu şıqqıldatmaq sinir sistemini pozur - İflic edir!

Tez-tez boyunu şıqqıldatmaq sinir sistemini pozur - İflic edir!


18-01-2022, 12:27. Yazar: Xeberaz


"Şüurlu olaraq etsək də, şıqqıltı boyunda təzyiq və qatılığı azaldaraq boyunun sərbəst hərəkət etməsinə kömək olur. Buna görə də, boyun ağrısı çəkən bir çox adam boyunlarını şıqqıldadaraq rahatlama hissi keçirirlər".
Bu sözləri həkim-fizioterapevt reabilitoloq Ramin Quliyev deyib. Həkim bildirib ki, boyunu müntəzəm olaraq şıqqıldatmaq bədəndə bir çox mənfiliklərə səbəb ola bilər: "Çox tez-tez boyun şıqqıldatma oynaqları bir arada tutan tendon və oynaq rabitəsi ilə birlikdə boynun zəifləməsinə yol aça bilər.
Çünki zəifləmiş bağlar və tendonlar hərəkətli olaraq oynaqların boşalmasına zəmin yaradır. Onurğa fəqərələrinin boşalması və hərəkət sahəsinin genişlənməsi isə oynaq iltihabı riskini artırır".
R.Quliyev qeyd edib ki, bu vərdiş ifliclə əlaqəli ola bilər:
"Çox tez-tez boyun şıqqıldatmanın boyundan keçən və beynə siqnallar daşıyan sinir arterinin zərər görməsinə səbəb olur. Sinirlərdə meydana gələ biləcək kiçik bir qanamanın tromblaşaraq beyinə çatması iflicə qədər irəliləyə bilər.
Düzdür, boyun şıqqıldatma boyun ağrısını və tutulmalarını aradan qaldırmaqda təsirli ola biləcək bir üsuldur. Amma elm adamlarının çox tez boyun şıqqıldatması mövzusunda ciddi təlimatları var. Buna görə vərdiş halına gətirmədən, yalnız həqiqətən lazım olduğunda boyunu şıqqıldatmaq lazımdır".


Geri dön