Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda 5 yaşlı uşağın öldüyü hadisənin DƏHŞƏTLİ TƏFƏRRÜATI

Azərbaycanda 5 yaşlı uşağın öldüyü hadisənin DƏHŞƏTLİ TƏFƏRRÜATI


17-01-2022, 10:43. Yazar: Xeberaz

Yanvarın 15-nə keçən gecə Ağcabədi rayonunun Poladlı kəndində 2017-ci il təvəllüdlü Vəliyev Zalış Etibar oğlunun öldüyü ağır yol qəzasının təfərrüatları məlum olub.
Qəza zamanı 5 yaşlı uşaq atasının, yəni hadisəni törədən sürücü - 1991-ci il təvəllüdlü Vəliyev Etibar Zalış oğlunun qucağında olub.
Belə ki, kənddə toy məclisində iştirak edən Etibar daha sonra içkili vəziyyətdə özünə məxsus "VAZ 2106" markalı avtomobilin sükanı arxasına keçib. O, yola çıxarkən 5 yaşlı oğlunu qucağında saxlayıb və uşaq qucağında ola-ola maşını idarə edib. Bir qədər getdikdən sonra avtomobil Etibar Vəliyevin idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücünün 5 yaşlı oğlu ağır xəsarətlər alaraq vəfat edib. Etibar Vəliyev isə Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Geri dön