Ana Sayfa > Karusel / Səhiyyə > Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı

Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı


15-01-2022, 11:54. Yazar: Xeberaz

Koronavirusun "Omikron" ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri - kiçik bronxların iltihabı müşahidə olunur.
Xeberaz.Az xəbər verir ki, bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib.
Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur.
Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. "Omikron"da temperatur adətən 38 və ya 38,5 dərəcə olur.

Geri dön