Ana Sayfa > Karusel / Hadisə > İmişlidə "Shacman" aşdı, xəsarət alan var

İmişlidə "Shacman" aşdı, xəsarət alan var


13-01-2022, 09:14. Yazar: Xeberaz











İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu "Shacman" yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.









Geri dön