Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Azərbaycanda polis bu qadını axtarır - FOTO

Azərbaycanda polis bu qadını axtarır - FOTO


9-01-2022, 12:12. Yazar: Xeberaz

Şəmkirdə itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova dekabr ayının 31-də gecə saatlarıda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
G. Qurbanovanın əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy köynək, qara rəngli cins şalvar və qara rəngli gödəkcə olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 751-71-98 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqaləyə dair fotomateriallar:






Geri dön