Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Novruz Qartalla vida mərasimi keçrilir - FOTO

Novruz Qartalla vida mərasimi keçrilir - FOTO


9-01-2022, 12:11. Yazar: Xeberaz

Gəncə şəhərinin "İmamzadə" ziyarətgahında Əməkdar artist Novruz Qartalla vida mərasimi başlayıb.
Vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edir.
Vida mərasimindən sonra Əməkdar artist Gəncənin "İmamzadə" ziyarətgahındakı qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Məqaləyə dair fotomateriallar:








Geri dön