Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > “Özümü biabır edə bilmərəm...”

“Özümü biabır edə bilmərəm...”


19-08-2015, 15:41. Yazar: Xeberaz
“Özümü biabır edə bilmərəm...”

Modelyer Gülnarə Xəlilova “Yeri gəlmişkən” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, modelyer zövqlü müğənnilərdən danışıb:


“Hər zaman mənə zövqlü və zövqsüz sənət adamlarının adlarını soruşurlar. Bu sualdan xoşum gəlmir. Bizim ölkədə tənqidə sənət adamları normal yanaşmır. Düşünürəm ki, ən zövqlü sənət adamı Tünzalə Ağayevadır. On beş ildir onunla çalışıram. O insan dinləməyi, doğru məsləhəti qəbul etməyi bacarır. Mən işimin peşəkarıyam. Gəlib öz istədikləri geyimləri hazırlamağımı istəyirləır. Mənim öz tərzim var, başqasının istədiyini edib özümü biabır edə bilmərəm. Tünzalə sədaqətlidir, xəyanət etməz. Onunla işləmək asandı. Səkinə İsmayılova, Samira, Aşıq Samirə də zövqlü geyinir”.
Geri dön