Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda məktəbdə yanğın, şagirdlər təxliyə edildi - VİDEO - FOTO

Bakıda məktəbdə yanğın, şagirdlər təxliyə edildi - VİDEO - FOTO


7-01-2022, 11:22. Yazar: Xeberaz


Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-ci ildə 960 nəfərlik yeni məktəb binası tikilib.

Məqaləyə dair fotomateriallar:







Geri dön