Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda oğurlanan iki yaşlı uşaqla bağlı YENİ XƏBƏR - VİDEO

Bakıda oğurlanan iki yaşlı uşaqla bağlı YENİ XƏBƏR - VİDEO


6-01-2022, 11:22. Yazar: Xeberaz

Bakıda oğurlanan iki yaşlı uşaqla bağlı YENİ XƏBƏR - VİDEO





Bakının Sabunçu rayonunda iki yaşlı Şıxəliyev Məhəmməd Elgün oğlu naməlum qadın tərəfindən oğurlanıb.
Bu barədə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində aparıcı Xoşqədəm Hidayətqızı bildirib.
Aparıcı hadisə ilə bağlı görüntülərin onda olduğunu bildirsə də efirə verilmədiyini qeyd edib.
Efirə qoşulan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, uşağın ailəsinə qaytarılması ilə əlaqədar cinayət işi başlayıb: "Xüsusi olaraq əməliyyat axtarış qrupları yaradılıb. Müəyyən şübhələr var və bu istiqamətdə işlər görülür".
Qeyd edək ki, ötən gün 2 yaşlı Məhəmmədin anası Reyhan Şıxəliyeva açıqlamasında bildirib ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb. O iddia etmişdi ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.









Geri dön