Ana Sayfa > Karusel / Şou-Biznes > “Ailə üzvlərim yeni ştamma yoluxub” – Aysel Əlizadə

“Ailə üzvlərim yeni ştamma yoluxub” – Aysel Əlizadə


6-01-2022, 11:10. Yazar: Xeberaz

"Çox istərdim sizə yaxşı xəbər verim, təəssüf ki, belə deyil. Ailəmizdə bir neçə insan yeni ştamma yoluxub".
Bu sözləri müğənni Aysel Əlizadə deyib. Milli Hematologiya və Transfuziologiya Mərkəzi Azərbaycanda koronavirus infeksiyasının "Omikron" ştamına yoluxma faktının aşkarlanmadığını bildirsə də, sənətçi ailəsinin "Omikron"a yoluxduğunu iddia edib:
"Ailə üzvlərinizə diqqət yetirin. Evinizdə körpə, yaşlılar varsa, onlar üçün diqqət edin ki, daşıyıcı olmayasız. Buna boş bir xəstəlik kimi yanaşmayın. Çox ağır keçir. Koronavirusa yoluxmuş insanlarım immunuteti zəifləyir. Bir daha yoluxsam, bilmirəm immun sistemim necə qalib gələcək, amma inşallah olmaz, yoluxmaram. Reseptin 10 faizini almışam, 200 manatdan çox pul edib. Əgər xəstələnmisizsə, evdə oturun, çıxıb insanları yoluxdurmayın. Çölə çıxanda vicdanla düşünün ki, bəlkə siz pul qazana bilirsiz, amma ayda 200-300 manat alan insanların imkanı yoxdur".

Geri dön