Ana Sayfa > Karusel / Hadisə > Bakı-Ələt yolunda iki qəza olub, 8 nəfər xəsarət alıb

Bakı-Ələt yolunda iki qəza olub, 8 nəfər xəsarət alıb


5-01-2022, 10:54. Yazar: Xeberaz

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib.
Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən verilən məlumata görə, baş verən ilk qəza nəticəsində xəsarət alan 5 nəfər Mərkəzə gətirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində xəsarət alan 3 nəfər Mərkəzə gətirilib.
Xəsarət alanlardan ikisi Türkiyə vətəndaşı olub. Xəsarət alanlara lkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Geri dön