Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.


19-08-2015, 15:02. Yazar: Xeberaz

Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın üç gündə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xeberaz.az Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, avqustun 20-si axşamdan avqustun 23-ü gündüzədək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Geri dön