Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > “Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var - FOTO

“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var - FOTO


30-12-2021, 11:30. Yazar: Xeberaz

Bakıda qaz sızmasından partlayış olub.
Hadisə Səbail rayonunda, "Alov qüllələri" hotelinin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məqaləyə dair fotomateriallar:










Geri dön