Ana Sayfa > Karusel / Səhiyyə > Koronavirus insan bədənində aylarla yaşayır - ALİMLƏR

Koronavirus insan bədənində aylarla yaşayır - ALİMLƏR


29-12-2021, 10:45. Yazar: Xeberaz


ABŞ Milli Səhiyyə İnstitutu (NIH) alimlərinin araşdırmasının nəticələrinə görə, SARS-CoV-2 virusu bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil ola və orada yeddi aydan çox qala bilər.
Tədqiqatçılar COVID-dən ölən 44 nəfərin cəsədlərindən alınan nümunələri analiz edib və virusun 230 günə qədər müxtəlif anatomik bölgələrdə qaldığını təsdiqləyiblər.
Araşdırmaya görə, hətta yüngül simptomları olan və ümumiyyətlə heç bir xəstəlik əlamətləri olmayan insanlarda da virus orqanizmin az qala hər yerinə yayılır. Lakin o, ağciyərlərdən və ya tənəffüs yollarından başqa digər yerlərdə əhəmiyyətli iltihabi proseslərə səbəb olmur.

Geri dön