Ana Sayfa > Karusel / Hadisə > Bakıda avtobusda sürücü əyləci basdı: 18 yaşlı qız kəllə-beyin travması aldı

Bakıda avtobusda sürücü əyləci basdı: 18 yaşlı qız kəllə-beyin travması aldı


24-12-2021, 10:42. Yazar: Xeberaz

Bakıda avtobusda sürücü əyləci basdı: 18 yaşlı qız kəllə-beyin travması aldı


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində 2003-cü il təvəllüdlü Katibi Nəzrin Rasim qızı sərnişin avtobusunda ağır xəsarət alıb. Buna səbəb isə avtobusu idarə edən sürücünün qəfil əyləci basması olub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Geri dön