Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Qoç ət” restoranındakı yanğında: 3 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

“Qoç ət” restoranındakı yanğında: 3 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB


22-12-2021, 10:39. Yazar: Xeberaz

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri dön