Ana Sayfa > Karusel / Gündəm > Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO

Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO


22-12-2021, 10:33. Yazar: Xeberaz

Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO


Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZERTAC-a verilən məlumata görə, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb.
Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.









Geri dön