Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda 20 yaşlı qadın müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanda 20 yaşlı qadın müəmmalı şəkildə öldü - FOTO


22-12-2021, 09:07. Yazar: Xeberaz

#CƏMİYYƏT


Qaxda gənc qadın müəmmalı şəkildə vəfat edib.
Xeberaz.az xəbər verir ki, ölüm hadisəsi rayonun Lələpaşa kəndində qeydə alınıb.
Üç ay öncə həmin kəndə gəlin gəlmiş rayonun Ləkit kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Aytən Həsil qızının qəfildən halı pisləşib.
Yaxınları təcili tibbi yardım maşını ilə onu xəstəxanaya çatdırmaq istəsələr də, Aytən Əliyeva yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:








Geri dön