Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda taksi sürücüsü ağır qəza törədib, xəsarət alanlar var - FOTO

Bakıda taksi sürücüsü ağır qəza törədib, xəsarət alanlar var - FOTO


22-12-2021, 09:02. Yazar: Xeberaz

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb.
Hadisə aeroport şosesinin Sabunçu dairəsindən keçən hissəsində qeydə alınıb.
27 yaşlı Vüqar Ramiz oğlu Nağıyev "Toyota" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil yol ayırıcındakı dəmir arakəsməyə dəyərək aşıb. Nəticədə sürücü V.Nağıyev və sərnişini 52 yaşlı Vidadi Əmiraslan oğlu Rüstəmov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə hadisə sürücünün sükan arxasında olarkən yuxulaması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:








Geri dön