Ana Sayfa > Karusel / Dünya / Maraqlı / Foto-fakt > Poçtun damında hovuz - Foto

Poçtun damında hovuz - Foto


24-03-2015, 21:09. Yazar: Xeberaz
Poçtun damında hovuz - Foto

Rusiyanın paytaxtı Moskvada damında hovuz olan tikilinin görüntüləri yayılıb.

Xeberaz.az -in məlumatına görə, Moskvanın mərkəzi küçələrindən birində yerləşən bir mərtəbəli poçt binasının damında yaranmış gölməçənin şəkli çəkilib.

Raskovoy döngəsində tipik poçt binasının damında qar əriyib və su boruları axınının öhdəsindən gəlmədiyindən gülməli mənzərə əmələ gəlib.

Yaranmış göl tezliklə ördəklərin sevimli məskəninə çevrilib. İki ördək artıq buranın daimi sakinidir. Şəkil sosial şəbəkədə yayıldıqdan sonra müvafiq orqanlar hərəkətə keçib.
Geri dön