Ana Sayfa > Karusel / Hadisə > Bakıda avtomobil motosikletçini vuraraq ayağını sındırdı

Bakıda avtomobil motosikletçini vuraraq ayağını sındırdı


20-12-2021, 09:02. Yazar: Xeberaz

Bakıda avtomobil motosikletçini vuraraqayağını sındırdı



Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Mirəli Qaşqay və Salatın Əsgərov küçələrinin kəsişməsində 1995-ci il təvəllüdlü Məmmədzadə Sabir Qabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı və qapalı-kəllə beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Geri dön