Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV / Qarabağdan xəbər var > Şuşaya avtobusla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - Bu tarixdən... - VİDEO

Şuşaya avtobusla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - Bu tarixdən... - VİDEO


16-12-2021, 10:49. Yazar: Xeberaz

Şuşaya avtobusla səfər etmək istəyənlərin NƏZƏRİNƏ



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır.
Bu barədə qurum məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.
Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər.








Geri dön