Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Güləşçilərimiz dünya çempionatında ermənilərə “qan uddurdular” - VİDEO

Güləşçilərimiz dünya çempionatında ermənilərə “qan uddurdular” - VİDEO


18-08-2015, 20:43. Yazar: Xeberaz
Güləşçilərimiz dünya çempionatında ermənilərə “qan uddurdular” - VİDEO
Pəhləvanlarımız bütün erməni rəqiblərini məğlub ediblər.

Gənclər arasında Dünya çempionatında güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqiblərini məğlub ediblər.

Xeberaz.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından (AGF) Oxu.Az-a verilən məlumata görə, Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında ümumilikdə, 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma komandamızın hər biri xal hesabında Dünya çempionatını ikinci sırada tamamlayıb.

Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.

Güləşçilərimiz çempionatda erməni rəqiblərinə qarşı da tam üstünlük nümayiş etdirib.

Yunan-Roma

55 kq 1/2 final - Slavik Qalstyan (ARM) - Murad Məmmədov 0:8

60 kq 1/8 final - Taron Dumoyan (ARM) - Kərim Cəfərov 0:9

66 kq 1/4 final - Karen Aslanyan (ARM) - Ruhin Mikayılov 3:8

Sərbəst güləş

50 kq Bürünc medal görüşü - Razmik Misakyan (ARM) - Arif Hüseynov 2:4

60 kq 1/16 final - Qaqik Akulyan (ARM) - Cahid Həsənzadə 0:10
Geri dön