Ana Sayfa > Karusel / Gündəm > Bu gündən ölkədə ictimai hamamların fəaliyyəti bərpa edilir

Bu gündən ölkədə ictimai hamamların fəaliyyəti bərpa edilir


13-12-2021, 08:24. Yazar: Xeberaz

Bu gündən ölkədə ictimai hamamların fəaliyyətibərpa edilir
Bu gündən etibarən Azərbaycanda hamamların fəaliyyətinə icazə verilir.
Bununla bağlı dekabrın 11-də Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən, dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.
Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya  COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.







Geri dön