Ana Sayfa > Karusel / Şou-Biznes > “Madonnanın səsi yoxdur” - Brilliant Dadaşova

“Madonnanın səsi yoxdur” - Brilliant Dadaşova


11-12-2021, 15:07. Yazar: Xeberaz


Xalq artisti Brilliant Dadaşova dünya şöhrətli müğənni Maddona haqda müzakirələrə səbəb olacaq açıqlama verib.
Sənətçi bu barədə münsif olduğu "Səs Azərbaycan" yarışmasında danışıb.
Dadaşova komandasının iki üzvü- Fatimə Həsənova və Könül Məmmədovanın qarşıdurmasına şərh verərək pop kraliçanın səsinin olmadığını vurğulayıb:
"Madonnadan yarım ton yuxarı oxudular. Məşqdə demişdim ki, ton yarım yuxarıdan oxumaq lazımdır. Ümumiyyətlə Madonnanın səsi yoxdur, sadəcə gözəl qadındır. Gözəl şou yaradır.  Onun bir mahnısını dinləyə bilmərəm".
Qeyd edək ki, Fatimə və Könülü duel zamanı Madonnanın repertuarından "La isla Bonita" mahnısını ifa ediblər.

Geri dön